Qarabağdan köçən ermənilərə vəzifə verilməyəcək – Səbəbbackend

Qarabağdan köçən ermənilərə vəzifə verilməyəcək – Səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Qarabağdan köçən ermənilərə vəzifə verilməsi qadağan edilib. Tribunainfo.az xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, İrəvan hökuməti Xankəndidən köçmüş ermənilərə yalnız kiçik vəzifələr verilə biləcəyi barədə şifahi göstəriş verib. “Onlar savadlı, istedadlı olsalar belə, vəzifə ilə təmin edilə bilməzlər. Əsasən xidmət sektorunda çalışa bilərlər ki, burada da yüksək vəzifədən söhbət gedə bilməz. Süpürgəçi, bərbər, hoteldə “respşn” kimi”.
“Past” daha sonra qeyd edir ki, Qarabağdan köçən ermənilərdən Ermənistan vətəndaşlığını qəbul etmələri tələb olunur. “Bu, o deməkdir ki, Qarabağdan köçən ermənilərin geri qayıtması baş verməyəcək. Onlar Ermənistan vətəndaşlığı aldıqdan sonra Azərbaycan heç bir şəkildə onları qəbul etməyəcək. Bunun üçün hüquqi əsası da olacaq”.