Qarabağdan köçən ermənilərə bəd xəbər varbackend

Qarabağdan köçən ermənilərə bəd xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti dünən Qarabağdan könüllü köçmüş ermənilərin mənzil problemlərini həll etmək üçün proqramını açıqlayıb. Tribunainfo.az xəbər verir ki, proqramda bir sıra maraqlı məqamlar var.
Belə ki, sənəddə ermənilər üçün salınacaq yaşayış məntəqələri arasında Azərbaycana məxsus anklav kəndlərin heç birinin adı yoxdur. Rəsmi sənədə əsasən hökumət Qarabağdan köçmüş erməniləri yalnız müəyyən ərazilərdə, o cümlədən Azərbaycanla sərhəddə yerləşəm yaşayış məntəqələrində yerləşdirməyi qərarlaşıdırb.
“Yaşayan Ölkə Partiyası”nın həmtəsisçisi Mesrop Arakelyan isə sözügedən sənədi şərh edərək bildirib ki, göstərilən ərazilərdən biri də Naxçıvanın Kərki kəndidir. O deyib ki, Qarabağ erməniləri üçün həmin kənddə heç bir mənzil inşa edilməyəcək: “Görünən odur ki, bu qərarla hökumət Tiqranaşenin təhvil verilməsi prosesinə başlayır”.