Ermənistan hökuməti bundan əvvəl 2024-cü il dövlət büdcəsi layihəsində Qarabağdan Ermənistana gələn ermənilərə yardım üçün 10 milyard dram (təxminən 25 milyon dollar) vəsait ayırıb.
Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, bu yardım yardım tələbin və inflyasiyanın artmasına səbəb ola bilər. Bunu 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsində Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyan deyib.
“Başqa sözlə, Ermənistan hökuməti özəl sektorun rəqabət qabiliyyətinin artmasına təkan vermək üçün addımlar atmalıdır ki, öz investisiyaları hesabına daha məhsuldar olsun”, – Mərkəzi Bankın sədri bildirib.
Onun fikrincə, Ermənistan hökuməti iqtisadi ədəbiyyatda zombi şirkətləri kimi tanınan rəqabət qabiliyyəti olmayan iş adamlarına daim subsidiyalar ayırmalı olsaydı, çox üzücü olardı.