Qarabağdan Ermənistana keçən ermənilərin sayı 19 min nəfər olub.
Tribunainfo.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini, hökumətin “Humanitar Mərkəzi”nin koordinatoru Tiqran Xaçatryan mətbuat konfransında bildirib.
Baş nazirinin müavini qeyd edib ki, onlardan 2,5 mini artıq müvəqqəti yerləşdirmə mərkəzlərindədir.
“Hazırda Qarabağın 19 min sakini Kornidzorla (Azərbaycanla həmsərhəd kənd nəzərdə tutulur) sərhədi keçib ki, onlardan 2,5 mini artıq müvəqqəti yaşayış mərkəzlərindədir”, – o deyib.