Qarabağı tərk edərək Ermənistana getmiş ermənilər öz soydaşları tərəfindən biganə və saymazyana münasibətə məruz qaldıqlarını bildirirlər.
Bu iddianı təsdiq edən görüntülər Qarabağın keçmiş sakinləri tərəfindən sosial şəbəkələrdə yayılıb.
“Bizə nə yemək, nə də su verirlər, sadəcə ad və soyadımızı qeydiyyata alırlar, vəssalam”, – deyə Ermənistana yeni qədəm qoymuş şəxs vurğulayıb.
Xatırladaq ki, Azərbaycan rəsmi səviyyədə bəyan edib ki, Azərbaycan vətəndaşlığını qəbul edən və xalqımızla dinc yanaşı yaşamağı seçən ermənilərin reinteqrasiyası və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılacaq.