QARABAĞDAN ERMƏNİSTANA 68 MİNDƏN ÇOX ADAM GEDİB

QARABAĞDAN ERMƏNİSTANA 68 MİNDƏN ÇOX ADAM GEDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan daha əvvəl bəyan etmişdi ki, Ermənistan Respublikası Qarabağdan 40 minə yaxın ailəni qəbul etməyə hazırdır.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Sentyabrın 28-i saat 08:00-a olan məlumata görə, Qarabağdan 68 386 nəfər Ermənistan Respublikasına gəlib”, – Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bildirib.

Belə ki, son bir neçə saat ərzində ölkəyə gələn vətəndaşların sayı 3 min nəfərdən çox artıb.

Paşinyanın mətbuat katibi daha əvvəl izah etmişdi ki, vətəndaşlar Xakari çayı üzərindəki körpüdən keçirlər, onlar yoxlamadan keçirlər, bundan sonra onlar Gorus və Vaykda yerləşən mərkəzlərdə qeydiyyata alınırlar.

Qeyd edək ki, Qarabağdan mülki əhalinin Ermənistan Respublikasına getməsi Rusiya sülhməramlı kontingenti ilə razılaşdırılmaqla həyata keçirilir.