Qarabağdan çıxan əhalinin sayını Ermənistan təqdim edirsə, buna tam etibar edə bilmərik.
Tribunainfo.az yazır ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev bildirib. O qeyd edib ki, əgər məsləhət olsaydı, DSX bu rəqəmləri açıqlayardı:
“Bir də görəcəksiniz ki, bir çoxumuzun həvəslə paylaşdığı bu rəqəmi erməni tərəfi şişirdib 120 min nəfərə çatdırıb və dünyaya “Azərbaycan tərəfi də bu rəqəmi təsdiqləyir” başlığı ilə qəbul etdirib. Sonra isə yenidən “etnik təmizləmə” mahnıları başlayacaq. Kaş ki, başımıza gələnlərdən nəticə çıxara bilsəydik”.