QARABAĞDAN ERMƏNİCƏ LÖVƏLƏRİ SÖKMƏYİN – PROFESSOR

QARABAĞDAN ERMƏNİCƏ LÖVƏLƏRİ SÖKMƏYİN – PROFESSOR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı ermənilərin tərk etdiyi yaşayış məntəqələrində ermənicə lövhələri sökməyə tələsmək lazım deyil.Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib.

O qeyd edib ki, ermənilər etnik təmizləməyə dair sübutlar təqdim edəndə, ermənicə sökülən lövhələr bu qəbildən dəlil kimi təqdim oluna bilər:”Çünki həmin lövhələr sökülərsə, deməli ermənilərin orda yaşama perspektivini biz görmürük, ora qayıdacaqlarını düşünmürük.
Mənə düşən bu xəbərdarlığı etməkdir, səlahiyyətli şəxslər bunu nəzərə alar ya yox, onların biləcəyi məsələdir”.