Rusiya sülhməramlı qüvvələri Laçında Həkəri çayının üzərindəki körpüdə ucaldılan Azərbaycan bayrağının asıldığı dirəyi aşırıblar.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
Bu gün səhər saatlarında (7 iyul) yayılan görüntülərdə Rusiya sülhməramlı qüvvələrinin əsgərlərinin bayrağımızın asıldığı dirəyi aşırdığı öz əksini tapıb. Onların bu addımı nə üçün atdığı hələki məlum deyil.
Sülhməramlıların ərazidə öz missiyalarını yerinə yetirə bilməmələri artıq hər kəsə məlumdur. Son aylar dəfələrlə baş verən erməni təxribatlarını sadəcə müşahidə edən sülhməramlıların bayrağımıza qarşı bu cür davranışı heç də sülhdən yana bir hərəkət deyil.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.
Mövzunu davam etdirəcəyik.
Həmin anların görüntülərini təqdim edirik: