“Qarabağdakı ermənilərin əksəriyyəti Ermənistana köçmək istəyəcək” – Ohanyan

“Qarabağdakı ermənilərin əksəriyyəti Ermənistana köçmək istəyəcək” – Ohanyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Düşünürəm ki, dünənki bəyanatda hər şey deyilib və bugünkü danışıqlar da həmin sənəd əsasında aparılacaq. Həmin danışıqlar bizim “artsax”dakı erməni əhalisinin taleyini, əhalinin Ermənistana köçürülməsi məsələsini həll edəcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu Milli Assambleyanın Ermənistan fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan bir müddət əvvəl jurnalistlərə müsahibəsində deyib.

“Məncə, insanların çoxu Ermənistana köçmək istəyəcək. Bəziləri fərqli fikirdə ola bilər və qalmaq istəyə bilər. Çünki siz heç kimi öz evini tərk etməyə məcbur edə bilməzsiniz. Bəli, hesab edirəm ki, bəyanatda qeyd olunan üç məqam danışıqlarda diqqət mərkəzində olacaq”, – deyə o, bildirib.