Qarabağda etnik ermənilərə bundan sonra qəti şəkildə hərhansı bir müstəsna hüquq və təhlükəsizlik verilməyəcək. Separatçılar silahı yerə qoymur və müqavimət göstərirlər. Bununla da Qarabağda yaşamaq hüquqlarının üstündən xətt çəkirlər.
Tribunainfo.az yazır ki, bu fikirlərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, Azərbaycan xalqına o qədər böyük nifrət və düşmən münasibəti bəsləyirlər ki, bilirlər son günləridi, yenə də dayanmaq istəmirlər:
“Şərtlə danışırlar. Qarabağda bundan sonra, silahlı erməni qalmamalı və tam bu ərazilər silahsızlaşdırılmalıdır.
Azərbaycan Xankəndi, Ağdərə, Xocalı və Xocavəndə nəzarəti bərpa edəcək.”