QARABAĞDAKI ERMƏNİLƏR “SMERTNİK” ADLI SİLAHLI DƏSTƏ YARATDILAR: KİLSƏLƏRDƏ GİZLƏNİRLƏR

QARABAĞDAKI ERMƏNİLƏR “SMERTNİK” ADLI SİLAHLI DƏSTƏ YARATDILAR: KİLSƏLƏRDƏ GİZLƏNİRLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Erməni silahlı dəstələrinin Qarabağdan çıxarılması qərarlaşdırılsa da, qarşı tərəf buna riayət etməkdən imtina edir. Dünən Ağdam və Kəlbəcər istiqamətində kiçik qruplar şəklində rus sülhməramlılarının əmrlərinə tabe olmadıqlarına görə, toqquşmaların yaşandığı bildirilir. TİA.AZ xəbər verir ki, bu barədə həm rus, həm də erməni mənbələri məlumat yayıb.
Bu gün səhərdən isə proses cığırından çıxmağa başlayıb. Belə ki, Ağdam, Kəlbəcər və Laçında qərarlaşmış erməni silahlıları yeni birlik yaradaraq, ərazini tərk etməkdən imtina ediblər. Özlərini “Smertnik” adlandıran dəstə əsasən dağlıq ərazilərdəki kilslərdə gizlənir və xristian məbədlərini özlərinə qərargah seçirlər.
Türkiyənin “Milliyet” qəzeti isə yerli mənbələrə istinadən xəbər verib ki, “Smertnik” qrupuna erməni rahiblər də qoşulublar. Əsasən Kəlbəcər rayonu ərazisindəki kilsələrdə gizlənən erməni silahlı dəstəsinin şüarı isə “Burda öləcəyik”dir. Hətta Ağdam və Kəlbəcərdə rus sülhməramlılarına müqavimət göstərərk, onlarla silahlı toqquşma da yaşandığı deyilir.
TİA.AZ  adıçəkilən mənbəyə istinadən bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan vəziyyətin gərginləşməsindən dolayı Rusiya prezidenti Vladimir Putinə müraciət etməli olub. Məlumatda deyilir ki, Paşinyan Putinə zəng vuraraq, “Məni dinləmirlər, əmrlərimə itaət etmirlər” deyə dəstək istəyib.