QARABAĞDAKI ERMƏNİLƏR HANSI KANALLARIMIZA BAXACAQ?

QARABAĞDAKI ERMƏNİLƏR HANSI KANALLARIMIZA BAXACAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə görüşdə radio-televiziya yayımlarının təşkili ilə bağlı etdikləri xahişin yerinə yetirilməsi məqsədilə bölgədəki yayım vəziyyəti araşdırılmış, 7 radio, 9 televiziya kanalının yayıma başlaması qərara alınmışdı.

Tribunainfo.az xəbərinə görə, Xankəndi də daxil olmaqla Qarabağ bölgəsində yaşayan ermənilər Azərbaycanın 9 TV kanalına baxa biləcəklər.
Bu kanalların “AzTv”, “Mədəniyyət”, “İdman”, “İTV”, “ATV”, “Xəzər”, “Space”, “Real”, “ARB 24” və kanallarının olduğu deyilir.

Bundan başqa, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin maarifləndirilməsi, Azərbaycan dövlətinin çağırışlarının onlara çatdırılması üçün Azərbaycanın erməni və rus dillərində yayımlanan 101,1, 103,5 və 97,7 MHs tezliklərində FM radio və 674 MHs tezliyində rəqəmsal televiziya yayımı da təşkil edilir.

Xatırladaq ki, Qarabağ bölgəsində radio-televiziya yayımlarının keyfiyyətinin və əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə əlavə tədbirlər görüləcək.