“QARABAĞDAKI ERMƏNİLƏR GETMƏMƏLİDİR, YOXSA GƏLƏCƏKDƏ…”

“QARABAĞDAKI ERMƏNİLƏR GETMƏMƏLİDİR, YOXSA GƏLƏCƏKDƏ…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “NEWS.am” saytı, “Cəhənnəmdə kiçicik həyat” adlı başlıqla paylaşdığı fotolar marağa səbəb olub. Yazılana görə şəkillər dünən Qarabağın Ağdarə şəhərində çəkilib. Fotoda erməni uşaqlar sakitlik şəraitində öz həyətlərində oynayırlar, əylənirlər. Ancaq bunu xəstə təxəyüllü qonşularımız bu mənzərəni “cəhənnəm” adlandırıblar.

Tribunainfo.az xəbər verir ki, REAL Partiyasının üzvü Natiq Cəfərli “NEWS.am” saytında “Cəhənnəmdə kiçik həyat” başlığı ilə yaydıqları fotolar haqqı yazıb ki, ermınilər işğal etdikləri ərazilərdə 30 il ərzində bir dəfə də olsun iş görməmələrinin səbəbi bu yerlərin onlara aid olmadığını bilmələridir:

“Bir neçə foto var, özünüz də baxın. Bu illər ərzində başqa fotolar da görmüşəm, Xənkəndidən, Ağdarədən, Xocavənddən – hər yerdən köhnəlik, sovetvari yaşayış yağır. 30 il işğal etdikləri Qarabağ ətrafında olan rayonlarımızı dağıtdılar, söküb daşıdılar, xaraba qoydular, çünki bilirdilər ki, bir gün torpağın sahibi gələcək.


Bəs özünüz onillərlə yaşadığınız, son 30 ildə qanunsuz qondarma rejim qurub həyat sürdüyünüz yerləri nədən təmir etmədiz, gözəlləşdirmədiz, abadlaşdırmadız?! Pul ki, var idi, hər il Ermənistan büdcəsindən 250-300 mln. dollar, lobbi təşkilatlarından 30-40 mln. dollar, müxtəlif ölkələrdən humanitar yardım kimi 40-50 mln. dollar alırdız, işğal etdiyiniz bölgələri vəhşicəsinə istismar edib ilə 100-150 mln dollar da ordan götürürdüz, yəni, hər il 500-550 mln. dollar büdcəniz olurdu, yeyib-bitirməsəz, korrupsiya ilə mənimsəməsəz bu illər ərzində orada yeni tikililər, infrastruktur, normal həyat qurmaq mümkün idi, nədən etmədiz?! Bu yerləridəmi özününüzki saymırdız, deməli, əmin deyildiz ki, sizin olacaq, eləmi?! Son 30 ildə qondarma rejimə, azı, 10-12 mlrd. dollar pul daxil olub və rejimin başbilənləri, Qarabağ klanı tərəfindən həzm edilib”.

N.Cəfərli bildirib ki, Qarabağ çiçəklənəcək, erməni uşaqları da yaxşı təmir olunmuş baxçalarda, meydançalarda əylənəcəklər, kim qalacaqsa, xeyrini görəcək, yaxşı yaşayacaq:

“Çünki biz toplum olaraq beləyik, əziyi əzmirik, sürünəni dikəldirik, özümüz yemirik-yedizdiririk. Getmək istəyənlər də özləri bilər, amma onların böyük əksəriyyəti Ermənistanda uyğunlaşa bilməyəcək, çünki o toplum üçün yaddırlar, kodları başqadır, Ermənistan erməniləri də itirdikləri 30 ilin, yıxılan xəyallarının, ölüm-itimin baiskarı kimi məhz onları, Qarabağ ermənilərini görürlər. Gedənlər, çox güman, qaçqın statusu alıb Avropaya, ABŞ-a üz tutacaqlar, yaşı 50-dən yuxarı olanlar orda xiffət çəkib həyatdan köçəcəklər, gənclər daha tez uyğunlaşacaq, bir müddət sonra onlar da (elə bu fotoda olan uşaqlar da) aqressiv erməni lobbisinin iştirakçıları olub bölgədə revanşizm toxumları əkərək gələcəkdə problem yaradacaqlar. Ona görə də, getməsinlər, qalsınlar (bu fotoda olan uşaqlar da azərbaycanlı (bir daha – bu ifadə etnik kimlik deyil də, vətəndaşlıq tanımı, üst kimliyimizdir) kimi böyüsünlər, nəhayət ki, bölgəmizə sülh, rifah, ədalət gəlsin”.