Dağlıq Qarabağ münaqişəsi bölgəsində status-kvo sabit deyil və müharibə təhlükəsi yaradır.
Dağlıq Qarabağ münaqişəsi bölgəsində status-kvo sabit deyil və müharibə təhlükəsi yaradır.
TİA.AZ xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi”nə müsahibəsində deyib.
“Status-kvo sabit deyil, müharibə təhlükəsi yaradır, sülh isə regionda hər şeyi dəyişəcək”, – deyə Uorlik vurğulayıb.
Amerikalı sabiq həmsədrin sözlərinə görə, regionun əhalisi sülhə layiqdir: “Dağlıq Qarabağın statusu məsələsinin müzakirəsi zəruridir, eyni zamanda, Azərbaycan ərazilərinin qaytarılması haqqında da danışmaq lazımdır”.