“QARABAĞDA SƏNGƏRLƏRİN DİZAYNI PKK TERRORÇULARININ GİZLƏNDİYİ YERLƏ EYNİDİR” – ANALİTİKDƏN SENSASİYA

“QARABAĞDA SƏNGƏRLƏRİN DİZAYNI PKK TERRORÇULARININ GİZLƏNDİYİ YERLƏ EYNİDİR” – ANALİTİKDƏN SENSASİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu, preventiv tədbirdir- terror ordusuna qarşı. Qarşımızda əməlli – başlı müharibəyə hazırlaşmış “peşəkar ordu” var. Qarabağdakı istehkamlar göstərir ki, burda böyük və professional müqavimət göstərmək üçün dizayn edilmiş ordu yaratmağa cəhd olub. Mahiyyəti terrorçu olan güclərin mənşəyi birinci müharibədən qalıb. Səngərlərin dizaynı Suriyada, Afrində PKK terrorçularının gizləndiyi yerlə eyni idi. Fransa şirkəti burda da ekskovator və traktorlarla səngər qazıb. Müharibədən sonra bizim də müdafiə etdiyimiz “Ermənistan ordusunun qurulması üçün 15-20 il lazımdır” tezisini təkzib etdirdilər və güman ki, üzərlərindəki Azərbaycan təsirini nəzərə alaraq bu fikrin Azərbaycan ictimai rəyində möhkəmləndirilməsi üçün onlar da az iş görmədilər. Nəticədə Fransa və Amerikanın sayəsində qısa müddətdə Qarabağda ən müasir silahlar və hazırlıqlı ordu əldə etməyə yaxın oldular.

Tribunainfo.az xəbər verir ki, bu barədə yazan siyasi analitik Əziz Əlibəyli bildirib ki, üç il ərzində Laçın yolunun açıq olmasından maximum faydalanan erməni gücləri arxalarındakı qüvvələrdən istifadə edib, bölgəyə doluşublar.


Deməli, bütün təchizata malik ordunu ac Ermənistanın qurması real deyildi qənaəti önə çıxır.Və daha bir suala cavab artıq aydındır: ABŞ təlimlərinin məqsədi nə imiş? Təlim bəhanəsi ilə bölgəyə soxulmaq:

“Bilirsiz, siyasi nəzəriyyəyə görə dövlətin yaradılması üçün bir neçə elementə ehtiyac var; biri də ordudur.
Ermənistanın Qarabağda saxladığı 10 min nəfərin məqsədi dövlətçilik oyununda fakt yaratmaq, sonra da onun müdafiəsi üçün beynəlxalq mexanizm qurmaq imiş.
Müstəqillik oyunu bitmiş, yenidən qondarma rejimin Ermənistana de-fakto birləşmə müraciətinə əsaslı hazırlıq imiş:
Yoxsa hansı haqla Ermənistan bölgədə vardı:
– ordusu
– silahları
– seçki “institutu”.
İndi məlum oldu ki, cənab Əliyev prosesin üzərində imiş və nə üçün BMT-yə getmədiyi aşkarlandı.
Bəs Nikol Paşinyan niyə orda yox idi?
Çünki Nikol Paşinyan bu ssenarinin bir elementi idi və prosesin ortasında yer alan əsas üz fiqur sayılır. Məqsədi də dərhal və qəflətən müharibə etmək və Qarabağ zonasını Ermənistana bağlamaq imiş.
Daha bir fakt: Azərbaycan müdafiə nazirliyi bölgədəki quldur toplumunu Ermənistan silahlı qüvvələrin adlandırmaqla ən doğru yanaşmanı göstərdi. Və prosesin əslində kim tərəfindən icra edildiyini ortaya çıxardı.
Və daha bir ölkə – İranın bəyanatı Azərbaycan ərazisində planlaşdırılan prosesi ifşa etdi;
İran: “Qarabağ Respublikası”nın özəl statusuna qarşı deyilik…
Necə yəni özəl status? Ümumiyyətlə, hansı status eyhamından söhbət gedə bilər ki?
Dünənki yazılarımda Ermənistanı qonşudakı Suriya adlandırmaq səhv idi. Onlar öz dünyalarında Ermənistandan Ukrayna düzəltmək arzusunda imişlər. Deməli, məsləhətçisi Amerika generalları olan oyuncaq ordu əməliyyata hazırlaşır və gün sayırdı:
Əliyev dəqiqliklə zərbəni endirdi və qlobal strateji planı Qarabağda birdəfəlik dəfn etməyə qərar verdi”.