Dağlıq Qarabağda yeni müharibə qaçılmazdır.
Dağlıq Qarabağda yeni müharibə qaçılmazdır.
TİA.AZ xəbər verir ki, bunu “Azadlıq radiosu”na açıqlamasında rusiyalı politoloq Andrey Yepifantsev söyləyib. O, hazırda əsas müzakirələrin faydasız olduğunu və onun Qarabağın həllinə təkan verməyəcəyini bildirib:
“Yeganə sual müharibənin nə zaman və hansı formatda olacağıdır. Mən konfliktin danışıqlar yolu ilə həlli perspektivini görmürəm. Qarabağ probleminin həlli Moskvanın əlində deyil. Moskva tərəfləri qəbuledilməz kompromislərə məcbur edə bilməz. İndiki şəraitdə nə Azərbaycan, nə də Ermənistan cəmiyyəti kompromislərə hazırdır. Əgər yenidən hərbi əməliyyatlar başlasa, Moskva buna yalnız diplomatik yolla müdaxilə edəcək. Ermənistan Moskvada hərbi yardım gözləməməlidir. Əgər hərbi əməliyyatlar nəticəsində erməni tərəfi qaz və neft kəmərlərini partlatmaq istəsə, o zaman Qarabağ beynəlxalq KİV-in diqqət mərkəzinə düşəcək. Belə olan halda dünya və regional güclər tərəfləri kompromisə məcbur edəcəklər ki, müharibəyə son qoysunlar. Azərbaycan Prezidenti İlham Əliyev bunu anlayır və deyəsən, elə məhz buna can atır”.