QARABAĞDA RUSLARIN KOMANDAN MÜAVİNİ HƏLAK OLUB, ERMƏNİ MEDİASI İSƏ YAZIR Kİ…

QARABAĞDA RUSLARIN KOMANDAN MÜAVİNİ HƏLAK OLUB, ERMƏNİ MEDİASI İSƏ YAZIR Kİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni mediası sülhməramlıların atəşə tutulub öldürülməsini Azərbaycanın üstünə atır. Tribunainfo.az yazır ki, erməni KİV ölənlər arasında sülhməramlı qüvvələrin komandan müavini İvan Kovqanın olduğunu xəbər verib. Sülhməramlı qüvvələrin komandirinin hərbi-siyasi işlər üzrə müavini, 1-ci dərəcəli kapitan Kovqan İvan Vasilyeviç həlak olub. İvan Kovqanın daimi vəzifəsi Şimal Donanmasının sualtı qüvvələri komandirinin hərbi-siyasi işlər üzrə müavinidir. 1-ci dərəcəli kapitan İvan Kovqan 53 yaşına 3 gün qalmış vəfat edib. “O, dəniz dənizçisi idi, lakin dağlarda öldü. Xatirəniz mübarək olsun, İvan Vasilyeviç! Xidmətə, Vətənə hər şeyi verdin! Təəssüf ki, həyat da!” – deyə Şimal Donanmasının zabiti Andrey Luzik şərh edib. Lakin erməni tərəfinin yalanları ayaq açıb yerimir. Çünki faktla bağlı Rusiya və Azərbaycan birgə istintaq aparır. XİN sözçüsü Mariya Zaxarova da açıqlamasında bunu edənlərin vicdansız olduğunu və kimlərin etdiklərini bildiyini söyləmişdi.