“Məndə olan məlumata görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a tələsik səfəri “artsax müdafiə ordusunun” (Qarabağdakı silahlı tör-töküntü nəzərdə tutulur – red.) təcili ləğv edilməsinin zəruriliyi ilə bağlıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Xankəndidəki separatçı rejimin oyuncaq “parlament spikeri” Artur Tovmasyan deyib.
“İrəvan Araik Arutyunyanı “ordunu” “dövlət sistemindən” ayırmağa və ən əsası onu silahsızlaşdırmağa məcbur edəcək. Xalqın narazılığından və üsyandan qorxan Araikə həyat və təhlükəsizlik zəmanəti təklif olunur. Amerikada bu ideyanın həyata keçirilməsi üçün konkret addımlar müzakirə olunur”, – Artur Tovmasyan bildirib.