“Dağlıq Qarabağ münaqişəsi zonasında 2016-cı ilin aprelində olduğu kimi, yeni müharibə mümkündür”.
“Dağlıq Qarabağ münaqişəsi zonasında 2016-cı ilin aprelində olduğu kimi, yeni müharibə mümkündür”.
TİA.AZ xəbər verir ki, bu barədə erməni politoloq Aleksandr İskəndəryan deyib.
Onun sözlərinə görə, münaqişə üzrə danışıqlar prosesi heç nəyi dəyişdirməyəcək:
“ATƏT-in Minsk qrupu münaqişənin nizama salınması ilə bağlı real məşğul olmur, sadəcə olaraq, gərginliyi azaltmağa çalışır. Lakin gərginlik artacaq. Mən böyük müharibə görmürəm, lakin ciddi toqquşmaların baş verdiyi müharibə istisna deyil.