QARABAĞDA GƏRGİNLİK ARTIR, AVROPALI NAZİR SÜLHDƏN DANIŞIR…

QARABAĞDA GƏRGİNLİK ARTIR, AVROPALI NAZİR SÜLHDƏN DANIŞIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brüsseldəki görüşdən sonra bölgədə vəziyyət daha da gərginləşib, Ermənistanın baş naziri heç bir sənədə imza atmaq istəmir, Azərbaycana qarşı təxribatların miqyası artıb, müharibə əhval-ruhiyyəsi var, avropalı nazir isə arxayındır ki, “yaxınlarda sülh sazişi imzalanacaq”.

Tribunainfo.az yazır ki, bu fikirlərlə çıxış edən politoloq Elxan Şahinoğlunu sözlərinə görə, Avropalı siyasətçilər ya mövcud vəziyyəti doğru analiz edə bilmirlər, ya arzularını reallıq kimi göstərmək istəyirlər, ya da ki, “əşi sonu yaxşı olacaq” deyib problemin həllinə səthi yanaşırlar:

“Belçikanın xarici işlər naziri Hadija Labib Cənubi Qafqaz ölkələrinə səfərinə Ermənistandan başlayıb. Belçikalı diplomat İrəvanda Ermənistanın ünvanına xeyli tərif səsləndirdikdən və ənənəvi “Laçın yolu açılmalıdır” açıqlamasını verdikdən sonra deyib ki, “Brüsseldəki son danışıqlar göstərdi ki, Ermənistan və Azərbaycan sülh sazişi bağlamağa yaxındırlar”. Bölgədə vəziyyət gərginləşib, təxribatlar artıb, avropalı nazir isə sülh imzalanacaq deyil”.