Son vaxtlar Dağlıq Qarabağ münaqişəsi zonasında müşahidə olunan gərginlik yazda genişmiqyaslı əməliyyatların başlanması ilə nəticələnə bilər.
Son vaxtlar Dağlıq Qarabağ münaqişəsi zonasında müşahidə olunan gərginlik yazda genişmiqyaslı əməliyyatların başlanması ilə nəticələnə bilər.
Tərəflərdən biri və ya hər ikisi müharibə etmək istəsə, onları kiminsə dayandırması çətin olar.
TİA.AZ xəbər verir ki, bunu Karnegi fondunun elmi işçisi, Cənubi Qafqaz üzrə ekspert Tomas de Vall “1in.am” saytına müsahibəsində deyib.
Tomas de Vall, həmçinin münaqişə zonasında yenidən gərginliyin olacağı təqdirdə həmsədr ölkələrin tərəflərə reaksiyasından danışarkən qeyd edib ki, bu ölkələrin tərəfləri saxlamaq üçün heç bir praktiki vasitələri yoxdur: “Rusiya regionda ən təsirli oyunçudur. BMT, ATƏT və digər kanallar vasitəsilə tərəfləri yaz və ya digər vaxtda baş verə biləcək yeni münaqişə barədə tərəfləri xəbərdarlıq etmək imkanı var. Lakin tərəflərdən biri və ya hər ikisi müharibə etmək istəsə, onda onları kiminsə dayandırmaq imkanı olduqca azdır”.