Qarabağda fərdi ev tikməyə icazə verilir?backend

Qarabağda fərdi ev tikməyə icazə verilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən 4 il ərzində, işğaldan azad edilmiş ərazilərdə tikinti və yenidənqurma işləri sürətlə davam edir. Artıq bir sıra kənd və rayon mərkəzlərində yaşayış binaları, sosial müəssisələr və infrastruktur obyektləri vətəndaşların ixtiyarına verilib.
Azad edilmiş ərazilərin böyüklüyü və əhatə dairəsinin genişliyini nəzərə alsaq, bu işlərin hələ uzun müddət davam edəcəyi istisna deyil. Məhz bu səbəbdən, bir çox vətəndaşlar dövlətin həyata keçirdiyi layihələrə paralel olaraq, vətəndaşların və maddi imkanı yüksək olan şəxslərin də quruculuq prosesində iştirakını təklif edir. Belə olan təqdirdə, yenidənqurma işlərinin daha tez yekunlaşacağını da demək olar.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, yaxın gələcəkdə bu mərhələyə keçmək real görünür:
“Əlbəttə, dövlətin nəzarəti altında bu iş edilə bilər. Yəqin ki, yaxın gələcəkdə bu mərhələ də gələcək. İndiki məqamda dövlət başlanğıc prosesini bu cür həyata keçirir. Çox güman ki, ardınca artıq bu məsələlərdə müəyyən şəxsi təşəbbüslərin dövlətin verdiyi plan və sxem əsasında gerçəkləşməsi mümkün ola bilər. Amma indiki mərhələdə bu işi daha sistemli və nizamlı qaydada aparmaq üçün bu yol izlənilir”.
Millət vəkilinin sözlərinə görə, bu addım dövlətinin yükünün azaldılması baxımından da olduqca səmərəli olar:
“Lakin yaxın gələcəkdə buna baş vurula bilər. Çünki infrastruktur tam qurulduqdan sonra, belə formada dövlətin yükünün azaldılması istiqamətini götürmək mümkündür. Bu həm də büdcədən ayrılan vəsaitlərin daha fərqli sahələrə, xüsusən də infrastruktura yönəlməsinə kömək edə bilər”.