“Təhlillər göstərir ki, yaxın günlərdə Qarabağda daha erməni qalmayacaq”.
Tribunainfo.az erməni mediasına istinadən xəbər verir ki,bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O Qarabağda yaşayan ermənilərin öz xoşları ilə oranı tərk etmələrini “etnik təmizləmə” adlandırıb:
“Müxtəlif beynəlxalq oyunçuların Qarabağda baş verən etnik təmizləməni pisləyən bəyanatları vacibdir. Onun ardınca da konkret addımlar atılmalıdır. Atılmasa bu gələcəkdə tarixin bir hissəsi olacaq”.