İşğal altında olan Qarabağda erməni əsgər intihar edib.
İşğal altında olan Qarabağda erməni əsgər intihar edib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 20-də Qarabağda yerləşən hərbi hissələrdən birininin döyüş mövqeyində ölən əsgər Hraç Ararat Avedisyanın işi üzrə yeni detallar açıqlanıb.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, hərbi qulluqçu oktyabrın 20-də, saat 17:20 radələrində silahdan açılan atəş nəticəsində başının güllə yarası alıb.
Məlum olub ki, Avedisyan ona təhkim edilən “AK-74” tipli avtomatla özünü güllələyib. O, yaralı vəziyyətdə Xankəndi hospitalına aparılsa da, yolda keçinib.
Hadisənin araşdırılması nəticəsində Avedisyanın bir neçə gün əvvəl hərbçi yoldaşı ilə mübahisə etdiyi, zorakılığa məruz qaldığı aşkarlanıb. İntihar hadisəsinə görə adı açıqlanmayan erməni hərbçi həbs edilib.