Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyi iddia edib ki, 2020-2023-cü illərdə Qarabağda 400-dən çox erməni itkin düşüb.
Tribunainfo.az-a danışan hüquq müdafiəçisi Xəzər Teyyublu “Qırmızı Xaç”ın bu məlumatını feyk və təxribat xarakterli adlandırıb. Onun sözlərinə görə, üstəlik, həmin illərdə sözügedən ərazilər rus hərbçilərin məsuliyyət zonası olub və onlar cavabdehdir: “Həmin üç ildə erməni separatizmi mövcud idi.
Ona görə də Azərbaycanın həmin bölgəyə nəzarəti olmadığı üçün bizi günahkar mümkün deyil. Məlumatda deyilir ki, guya münaqişə dövründə itkin düşüblər. Amma həmin 3 il ərzində, yəni sülhməramlılar olduğu dövrdə hər hansı genişmiqyaslı münaqişə olmayıb, yalnız bir sutkalıq antiterror əməliyyatı keçirilib ki, o zaman da bir dinc erməni xəsarət almayıb. Bu baxımdan, “Qırmızı Xaç”ın İrəvan ofisi yenidən təxribatla məşğuldur və erməni barmağından sovrulan saxta informasiyalara əsaslanır. Ən vacib məqam isə odur ki, 4 mindən çox azərbaycanlı itkin düşüb, bundan danışsınlar”.
Roman