Qarabağda 14 məktəb fəaliyyətdədir, yaxın illərdə daha 11-i açılacaq

Qarabağda 14 məktəb fəaliyyətdədir, yaxın illərdə daha 11-i açılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025–2026-cı illərdə Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl və Kəlbəcərdə 11 yeni ümumtəhsil müəssisəsinin açılması planlaşdırılır.

Tribunainfo.az xəbər verir ki, bunu media üçün keçirilən brifinqdə Elm və Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 14 məktəb fəaliyyət göstərir və burada 2 807 şagird və 324 heyət üzvü təhsil alır.