Qarabağa göz dikənlərə göz dağı verdik!

Qarabağa göz dikənlərə göz dağı verdik!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən! Hansı azərbaycanlının vətən sözünü duyduqda ağlına ilk gələn şey Qarabağ deyilki? Qarabağ Azərbaycanın döyünən ürəyidir. Xalqımın Qarabağa qarşı kəlimələrə sığmayacaq qədər böyük bir sevgisi var. Kimliyindən, yaşından aslı olmayaraq damarlarından Azərbaycanlı qanı axan hər bir şəxs Qarabağa qarşı qəlbində tükənməz bir sevgi bəsləyir. Qarabağ bizim mənliyimiz, döyünən ürəyimiz, tükənməz sərvətimiz,qürur mənbəyimizdir.

Qarabağ tükənməz təbii sərvətlərinə görə əsrlər boyu digər dövlətlərində maraq dairəsində olmuş, ona nail olmaq istəmişlər. Lakin buna keçici bir müddətlikdə olsa mənfur Ermənistan dövləti sovet Rusiyasının köməyilə nail olmuşdur. Onlar o qədər zalım, zülmkar, insanlıqdan kənardırlar ki, dinc əhalini amansızca qətlə yetirərək, körpələrin, günahsız insanların qanı bahasına çirkin bir şəkildə bizi doğma yurdumuz Qarabağımızdan qoparmışdırlar.

Amma bütün bunların qisası alındı! Onlar elə bilirdi ki, biz bu vəziyyətlə razılaşacaq, Qarabağımızda onların səfa sürməsinə səssiz qalacağıq. Amma xeyr! Bu əsla ola bilməzdi. Biz indi o mənfur düşmənlərin yaşatdıqlarını yaşadırıq! Həmdə daha böyük bir əzmlə, yenilməz ordu ilə!

Rəşadətli ordumuz qısa bir müddət ərzində bir çox şəhər, rayon, qəsəbə, yüksəkliklər əldə etdi. Bununla da qalmadı, bütün Qarabağı azad etdi və bu münasibətlə Azərbaycanın hər bir qarışında zəfər bayramı qeyd edildi. Böyükdən- kiçiyə, bütün insanlar qələbə xəbərini alar-almaz küçələrə axışdı və böyük bir həmrəyliklə qələbə sevincini qeyd etdi. Qələbə Azərbaycana çox yaraşır. Bu qələbələr xalqımın sarsılmaz gücünün, ordumuzun yenilməzliyinin bariz nümunəsidir. Bugün bizim Ali Baş Komandanımız tarixi qızıl hərflərlə yazır, biz isə onun canlı şahidləriyik. Azərbaycan xalqı fəxr edir ki, İlham Əliyev kimi Ali Baş Komandanına sahibdir. Bu qürur verici anları bizə yaşatdığı üçün ona sonsuz təşəkkürlərimizi bildiririk. Bu şanlı tarix günlərinin şahidi olduğumuz üçün çox şanslıyıq.Azərbaycan öz gücünü,yenilməzliyini bütün dünyaya göstərdi. Azərbaycan xalqı bu qələbəni Mübariz kimi oğullara borcıudur. Biz bugün onların sayəsində öz doğma torpaqlarımıza qovuşduq.

Qarabağımızın azad edilməsi münasibətilə dekabr ayının 10-da hərbi parad keçirilmişdir. Bu qürurverici tədbirdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Cumhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğan öz çıxışlarıyla bütün xalqın ürəyinə toxuna bilmişdi. Hər zaman yanımızda olan, bizə dəstək olan Türkiyə Azərbaycanı bu sevincli günündə də yalnız buraxmadı.

Cənab prezidentimiz çıxışında Ermənistan rəhbərliyini qorxuya salacaq sözlərindən də yan keçmədi. O bildirdi ki, Zəngəzur, Göyçə, İrəvan mahalı da Azərbaycanın tarixi torpaqlarıdır.

Tədbirdə Azərbaycanın Ermənistandan ələ keçirdiyi hərbi qənimətlər də xalqa nümayiş etdirildi. Ermənistan dövləti maddi-mənəvi çöküş yaşayır. Artıq

müflis olmuş bir ölkədir. Ernənistan dövləti indi törətdiyi terrorizm, işğalçılıq və s.kimi mundar aktların cəzasını çəkir. Bununla da mənfur Ermənistan dövlətinin uydurduğu yalan miflərə son qoyuldu. Guya “Ermənistan ordusu yenilməz ordudur”. Noldu? Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini bütün dünyaya göstərdi.

Artıq Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlarda həyat yenidən canlanacaq.

Bu 44 günlük çətin amma qürurlu günlərdə öz torpaqları uğrunda canından keçmiş şəhidlərimizin ruhları qarşısında baş əyir, Ali Baş Komandanımıza və hər zaman yanımızda olan Türkiyə Cumhuriyyətinə sonsuz təşəkkürlərimizi bildiririk. Gözün aydın Azərbaycan, doğma torpaqların yenidən sənindir!

İbadova Günay

Nəsimi rayon gənci