“Qarabağ” “Zirə”yə qarşı

“Qarabağ” “Zirə”yə qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulacaq.

Tribunainfo.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutacaq.

“Zirə” lider “Qarabağ”ı qəbul edəcək. Qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.Xatırladaq ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sabah”ı (3:2), “Neftçi” “Şamaxı”nı (1:0) məğlub edib, “Turan Tovuz” – “Səbail” (1:1) və “Sumqayıt” – “Araz-Naxçıvan” (0:0) matçlarında isə qalib müəyyənləşməyib.

Azərbaycan Premyer Liqası
21-ci tur
2 fevral

“Zirə” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev.
Zirə İdman Kompleksi. Saat 19:00.