Qarabağ yapon fəallarla müzakirə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Qənirə Paşayeva Yaponiyanın fəal qadınları ilə görüşüb.

TİA.AZ xəbər verir ki, deputat görüşdə Azərbaycanın Yaponiya ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. O, həmçinin, iki ölkə arasında əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib.

Müzakirələrdə Azərbaycanın hazırkı iqtisadi vəziyyəti, qeyri-neft sektoru, o cümlədən, kənd təsərrüfatı və turizm sahələri, Azərbaycanda qadınların cəmiyyətdə geniş rolu, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu istiqamətlərdə gördüyü işlər haqqında geniş məlumat verilib.

Q.Paşayeva görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da ətraflı danışıb.