Prezidentin sərəncamı ilə Xankəndidə yaradılan Qarabağ Universitetində hansı ixtisasların tədris olunacağı açıqlanıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, ali məktəbdə ilk mərhələdə 24 ixtisasın tədris olunması nəzərdə tutulur.
Qeyd olunub ki, sözügedən ixtisaslar aşağıdakılardır:
“İbtidai sinif, Məktəbəqədər təhsil, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Korreksiyaedici təlim, Təhsildə sosial-psixoloji xidmət, İnformasiya texnologiyaları, Komputer elmləri, Komputer mühəndisliyi, Qida mühəndisliyi, Şəhərsalma, İnşaat mühəndisliyi, Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix, Kommunikasiya və rəqəmsal media, Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, İqtisadiyyat, Maliyyə marketinq, Menecment, Mühasibat, Turizm işinin təşkili, Turizm bələdçiliyi”.
Nazir bildirib ki, növbəti mərhələdə ixtisasların sayı artırılacaq:
“Qarabağ Universitetində tədris gələn ilin sentyabrında başlayacaq”.