QARABAĞ UNİVERSİTETİ BU UNİVERSİTETİN İŞİNİ DAVAM ETDİRƏCƏK? – EKSPERT

QARABAĞ UNİVERSİTETİ BU UNİVERSİTETİN İŞİNİ DAVAM ETDİRƏCƏK? – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidə yaradılacaq Qarabağ Universiteti ilə bağlı qərardan sonra Xankəndidə vaxtilə fəaliyyət göstərən universitetin tarixi, orada dərs deyən müəllim və professorlar, universitetin fəaliyyət tarixi də yenidən gündəm olub. Təhsil eksperti Kamran Əsədov bununla bağlı maraqlı məlumatlar paylaşıb.

Tribunainfo.az yazır ki, K.Əsədov bildirib ki, Xankəndi Pedaqoji İnstitutu 1969-cu ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin (keçmiş Lenin adına APİ) filialı kimi fəaliyyətə başlayıb. Bir neçə ildən sonra – Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkilinin 50 illik yubileyi günündə Xankəndi filialının maddi-texniki bazası əsasında, Azərbaycan Nazirlər Sovetinin 28 noyabr 1973-cü il qərarı ilə müstəqil ali məktəb kimi fəaliyyətini davam etdirib.


İnstitut təşkil edilərkən burada üç dildə – Azərbaycan, rus və erməni dillərində ali pedaqoji təhsilli kadr hazırlığına başlanıb.

K.Əsədov universitetdə çalışan azərbaycanlı şəxslər və onların fəaliyyətindən də maraqlı qeydlər paylaşıb

“Prorektor Nəcəf Quliyev, institutda azərbaycanlıları tora salmaq istəyən ermənilərin iyrənc planlarını alt-üst edən Süleyman Zeynalov, sanballı arqument və gerçək tarixi faktlarla erməni həmkarlarını susduran Zabil Bayramlı, auditoriyalarda mühazirələrin mövzusundan kənara çıxıb, söhbətləri ilə tələbələrdə milli ruh yaradan Ənvər Əhməd, erməni daşnaklarına nifrətini gizlədə bilməyən Kamil Quliyev, vətənpərvər ziyalı İnqilab Quliyev, erməni müəllimləri üçün millətçi sayılan Nəsib Şəfiyev və bu ali təhsil ocağında çalışan digər alimlərimiz, əsl vətənpərvər ziyalılar olan Nazim Axundov, Zəfər Hüseynov, Raqub Kərimov, Rəftar İmanov, Məhəmməd Hüseynov, Xasay Cabbarov, Rəhilə Quliyeva, Mirələm Vəliyev, Yusif Fərzəliyev, Yusif Ağayev, Rəfeil Məmmədov, İslam Həşimov, Abbas Abbasov, Cəfər Zeynalov, Şahlar Quliyev, Fazil Baxşəliyev, Mayıl Alıcanov, Balaxan Quliyev, Bəşir Fərəcov, Eldar Məmmədov, Təyyar Əkbərov yaddaşımda və Xankəndi Pedaqoji İnstitutunun tarixində silinməz izlər buraxıblar”.