Qarabağ uğrunda böyük savaşa az qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda tərəflər arasında atəşkəs rejimindən, ümumiyyətlə, söhbət gedə bilməz. 

Qarabağda tərəflər arasında atəşkəs rejimindən, ümumiyyətlə, söhbət gedə bilməz.

TİA.AZ xəbər verir ki, bunu “Tert.am” saytına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib.

“Atəşkəs olmamasına baxmayaraq, region hələ də tam genişmiqyaslı savaşa qoşulmayıb. Belə bir görüntü var ki, bütün tərəflər müharibədən qorxurlar, amma bunun olacağını da bilirlər. Qarabağda vəziyyət çətinləşib. Buna səbəb olan əsas amillərdən biri də müşahidəçi ölkələrdən heç birinin buna görə məsuliyyəti üzərinə götürməməsidir. Belə olan halda onlar axı nəyə lazımdırlar? Artıq Minsk Qrupu haqqında unutmaq vaxtı çatıb. Minsk Qrupunun bəyanatları lazımlı deyil. Minsk Qrupundan sadəcə etibarlı nəzarət və tərəflərdən hansının aqressor olmasının dəqiqləşdirilməsi istənilir.

Məncə, ikinci dəfə kiçik müharibənin qarşısını almaq mümkün olmayacaq. Bu kiçik müharibə dərhal böyük və dəhşətli fəaliyyətlərə səbəb olaacaq. Bunun üçün bütün səbəblər, geosiyasi vəziyyət mövcuddur. Əgər xarici dünya sakit olsa idi, o zaman Qarabağda partlayış etmək çətin olardı, amma indi bu, sadəcə zaman məsələsidir”, – deyə o söyləyib.