“Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununu keçirəcək.
Tribunainfo.az xəbər verir ki, Ağdam klubu bu turnirin pley-off mərhələsində “Olimpiya” ilə cavab oyununa çıxacaq.
Qurban Qurbanovun çalışdırdığı kollektiv Sloveniya çempionunu Lyublyanada baş tutan ilk oyunda 2 cavabsız qolla məğlub edib. Bu üzdən Azərbaycan çempionuna mərhələ adlamaq üçün heç-heçə də kifayət edəcək.
Avropa Liqası
Pley-offun cavab oyunu
31 avqust
20:00. “Qarabağ” – “Olimpiya”
Baş hakim: Alexandre Hernandes (İspaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.