“Qarabağ” üçün həlledici oyun

“Qarabağ” üçün həlledici oyun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
Tribunainfo.az xəbər verir , Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveçin “Hakken” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 21:45-də start götürəcək. Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Caya olacaq.
“Köhlən atlar” qalib gələcəyi təqdirdə digər oyunun nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə bu turnirin pley-offuna yüksələcək.
H qrupunun digər görüşündə “Bayer 04” Almaniyada Norveçin “Molde” kollektivini sınağa çəkəcək. Leverkuzen təmsilçisi hazırda 15 xalla liderdir. “Qarabağ” 7 xalla ikinci, eyni xala malik “Molde” üçüncü sıradadır. “Hakken”in isə hesabında xal yoxdur.
Avropa Liqası
Qrup mərhələsi
H qrupu, VI tur
14 dekabr
21.45 Qarabağ – Hakken (İsveç)
Baş hakim: Yucin Caya (Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.