“Qarabağ” “Trabzonspor”un hücumçusunu transfer etməyə hazırlaşırbackend

“Qarabağ” “Trabzonspor”un hücumçusunu transfer etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” klubu Qvineya millisi və “Trabzonspor”un futbolçusu Fode Koytanı heyətinə cəlb etmək istəyir. 

Offsideplus.az “gunebakis.com.tr” saytına istinadən xəbər verir ki, hazırda icarə əsasında “Kasımpaşa”da çıxış edən 33 yaşlı hücumçu komandasını dəyişmək istəyir. Futbolçu cari mövsümün sonu üçün yeni klub axtarışındadır. Onun trabzonlularla müqaviləsi davam etsə də, “bordo-mavililər”in baş məşqçisi Abdullah Avcı Koytanı heyətində görmür.

Fodenin meneceri oyunçunun “Qarabağ”a keçidinə çalışır. O, bunun üçün Trabzonda yerli klub nümayəndələri ilə də görüşüb. Menecer Qara dəniz təmsilçisini razı salsa, hücumçu mövsümün sonunda “Qarabağ”a transfer ediləcək.

Qeyd edək ki, Fode Koytanın “Trabzonspor”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.