Ləngimək heç bir halda doğru olmazdı. Qarabağda kommunikasiya dərhal Azərbaycan hökumətinin nəzarətinə keçməlidir. Ermənistanın +374 beynəlxalq kodu ilə bizim ərazimizdə uzun illər qanunsuz fəaliyyət göstərən Karabakh Telecom mobil operatorun bundan sonrakı fəaliyyəti doğru və məntiqli deyil. Hazırda bölgənin bütün informasiya seli Ermənistanın beynəlxalq kodu altında işləyən Karabakh Telekom vasitəsilə, həm də Ermənistan üzərindəndir. Magistral rabitə xətləri də Ermənistana məxsusdur.
Tribunainfo.az yazır ki, bu barədə danışan Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, bunlar indiki anda artıq yolverilməzdir:
“Hətta, ola bilər ki, bu operatorun sahibləri avadanlıqları və baza standiyalarını, data mərkəzləri söküb Ermənistana aparmaq, Ruslara satmaq da istəyəcəklər.
Əgər kimlərsə Karabakh Telecom infrastrukturunu, avadanlıqları, baza stansiyalarını, data mərkəzləri söküb rusların köməyi ilə Ermənistana daşısalar bunun məsuliyyəti kimin üzərindədir ?
Uzun illər orada toplanan nəhəng data -nın taleyi necə olacaq, Ermənistana, yoxsa ruslaramı veriləcək? Ümid edirəm, RİNN, DİN, DTX, Baş prokurorluq bunların fərqindədir.
Bir anlıq, bir xeyli öncə Türkiyə və Rusiyanın Litvada həyata keçirdikləri ByLock-la bağlı “server-data” əməliyyatını xatırladım.
O zaman birgə əməliyyatla, Türkiyədə çevriliş edənlərin istifadə etdikləri ByLock messencerin Litvada yerləşən Data Mərkəzinə desant çıxarmaqla , istifadəçilərin bütün datasını ələ keçirib Türkiyəyə gətirmişdilər. Litva hökuməti o zaman bu datanı Türkiyəyə vermək istəmirdi”.