“Qarabağ” – “Şkendiya” oyununa neçə min bilet satılıb?

“Qarabağ” – “Şkendiya” oyununa neçə min bilet satılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununa satılan bilet sayı açıqlanıb.

Ağdam klubundan Qaynarinfo-ya verilən məlumata görə, qarşılaşmaya 25 min bilet satılıb.

Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, “Qarabağ” – “Şkendiya” matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda “köhlən atlar” qələbə qazanıb – 1:0.