“QARABAĞ SEPARATÇILARININ İFŞASI ÜÇÜN BU FAKTDAN İSTİFADƏ ETMƏLİYİK”

“QARABAĞ SEPARATÇILARININ İFŞASI ÜÇÜN BU FAKTDAN İSTİFADƏ ETMƏLİYİK”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda soyqırım törətmiş Vaqif Xaçaturyanın həbsi son dərəcə ciddi hadisədir. Azərbaycan tərəfi bu faktdan Qarabağ separatçılarının ifşası üçün maksimum səviyyədə istifadə etməyi bacarmalıdır.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli çıxış edib. O bildirib ki, bu fakt Laçın buraxılış-keçid məntəqəsinə 19 yük maşını göndərən Ermənistanın təxribatçı hərəkətinin təbliğatına yönələn kampaniyanı sıfırlamaq üçün göydəndüşmə bir fürsətdir:

“Mütləq və mütləq o da xüsusi ilə vurğulanmalıdır ki, Vaqif Xaçaturyan Xocalı yaxınlığındadı Meşəli kəndində qətliamda iştirak edib.
Azərbaycan dövləti bundan sonra da Xocalıda soyqırım törədənlərin həbs olunması üçün müvafiq addımlar atacaq”.