Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin “Artsaxın səsi” adlı musiqi qrupu İranda konsert proqramı ilə çıxış edəcək. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin “Artsaxın səsi” adlı musiqi qrupu İranda konsert proqramı ilə çıxış edəcək.
TİA.AZ azvision.az-a istinadən xəbər verir ki, bunu qrupun bədii rəhbəri Lira Koçaryan deyib. O, qrupun tərkibində 13 nəfərin olduğunu bildirib.
Koçaryan eyni zamanda qeyd edib ki, qrup bu il Rusiya, Argentina və Braziliyada da çıxış etmək üçün dəvət alıb.