44 günlük İkinci Qarabağ Müharibəsinin üçüncü ili ərəfəsində Ankaranın küçələrindən birinə “Qarabağ şəhidləri bulvarı” adı verilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası məlumat yayıb.
Paytaxt bələdiyyə məclisinin qərarı və Ankara valiliyinin təsdiqi ilə Etimesqut mahalının Şeker mahalı ilə Osman Avcı mahalının kəsişməsində yerləşən 1419-cu küçənin adı dəyişdirilərək “Qarabağ Şəhidləri Bulvarı” kimi qeyd olunub.
