«Qarabağ» «Roma»ya minimal hesabla uduzdu (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” – “Roma” görüşü qonaqların üstünlüyü ilə başa çatıb.

 

 “Qarabağ” – “Roma” görüşü qonaqların üstünlüyü ilə başa çatıb.

“Report” xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ağdam komandasının yeganə qolunu Pedro Enrike vurub.

Qeyd edək ki, C qrupunda digər oyun Madriddə İspaniyanın “Atletiko” və İngiltərənin “Çelsi” kollektivləri arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Çempionlar Liqası, II tur
C qrupu
27 sentyabr

“Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) – 1:2
Qollar: Pedro Enrike, 28 – Kostas Manolas, 7. Edin Ceko, 15
Baş hakim: Artur Dias
Yan xətt hakimləri: Rui Tavares, Paulo Soares
Əlavə köməkçi hakimlər: Tiaqo Martins, Joao Pinheyro
Dördüncü hakim: Bruno Rodriges (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
Bakı Olimpiya stadionu
Xal durumu: “Roma” – 4, “Çelsi” – 3, “Atletiko” – 1, “Qarabağ” – 0.