“Qarabağ” bu həftə növbəti avrokubok oyununa çıxdı.
Qurban Qurbanovun komandası Avropa Liqasının pley-offunda cavab matçında mübarizə apardı.
Ağdam klubu evdə “Olimpiya” ilə üz-üzə gəldi. Sloveniyada 2:0 hesablı inamlı qələbə qazanan “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Bakıda keçirilən qarşılaşmada qalib müəyyənləşmədi. Oyun 1:1 hesabı ilə yekunlaşdı.
Beləcə, “Qarabağ” ardıcıl 10-cu dəfə qrupda çıxış edəcək.
Ağdamlılar 2017/18 mövsümündə Çempionlar Liqasında, 2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21 və 2022/23 mövsümlərində Avropa Liqasının, 2021/22 mövsümündə Konfrans Liqasının qrupunda mübarizə aparıb.
Budəfəki zəfərin qiyməti artıq məlumdur – rəhbərlik tərəfindən «köhlən atlılar»a 1 milyon dollar məbləğində mükafat ayrılıb.
Buradan məşqçi və futbolçularla yanaşı, klubda çalışan əməkdaşlara da pay düşəcək.(Sportinfo.az)