“Qarabağ” qızılda, “Neftçi” medal sayında birincidir – SİYAHIbackend

“Qarabağ” qızılda, “Neftçi” medal sayında birincidir – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan çempionatları tarixinin bütün mükafatçıları müəyyənləşib.

Medal sayında rekordçu “Neftçi”dir.

“Ağ-qaralar” başa çatmaqda olan 2022/2023 mövsümünü üçüncü sırada tamamlamağı təmin edib. Paytaxt təmsilçisi bununla 7-ci dəfə çempionatın bürüncünə yiyələnəcək. Bakılılar 5 dəfə də vitse-çempion olublar. Maraqlıdır ki, “Neftçi” həm ikincilik, həm də üçüncülük sayında hamını üstələyir. Aktivində 9 çempionluq olan komanda cari mövsümə qədər bu baxımdan da rekorda ortaq idi.

Bu mövsüm tarixində 10-cu dəfə qızıl medalları təmin edən “Qarabağ” isə çempionluq sayında rekordu yeniləyib. Ağdamlılar 4 dəfə gümüş, 3 dəfə də bürünc mükafatçı olublar.

Mövsümün ikincisi “Sabah” isə tarixində ilk dəfə medal alacaq.

Azərbaycan çempionatlarında “Neftçi” 21, “Qarabağ” 17 dəfə mükafatçılar sırasında yer alıb. İlk üçlüyü “Şamaxı” qapayır. Bu komanda “İnter” adlandığı vaxt 8, “Keşlə” adı altında isə 1 dəfə mövsümü ilk üçlükdə tamamlayıb.

Mövsüm Çempion II yer III yer
1992 “Neftçi” (Bakı) “Xəzər” (Sumqayıt) “Turan” (Tovuz)
1993 “Qarabağ” (Ağdam) “Xəzər” (Sumqayıt) “Turan” (Tovuz)
1993/94 “Turan” (Tovuz) “Qarabağ” (Ağdam) “Kəpəz” (Gəncə)
1994/95 “Kəpəz” (Gəncə) “Turan” (Tovuz) “Neftçi” (Bakı)
1995/96 “Neftçi” (Bakı) “Xəzri” (Bakı) “Kəpəz” (Gəncə)
1996/97 “Neftçi” (Bakı) “Qarabağ” (Ağdam) “Xəzri” (Bakı)
1997/98 “Kəpəz” (Gəncə) “Dinamo” (Bakı) “Şəmkir”
1998/99 “Kəpəz” (Gəncə) “Şəmkir” “Neftçi” (Bakı)
1999/2000 “Şəmkir” “Kəpəz” (Gəncə) “Neftçi” (Bakı)
2000/01 “Şəmkir” “Neftçi” (Bakı) “Viləş” (Masallı)
2001/02 Yarımçıq qalıb
2002/03 Keçirilməyib
2003/04 “Neftçi” (Bakı) “Şəmkir” “Qarabağ-Azərsun” (Ağdam)
2004/05 “Neftçi” (Bakı) “Xəzər Lənkəran” “Karvan” (Yevlax)
2005/06 “Bakı” “Karvan” (Yevlax) “Neftçi” (Bakı)
2006/07 “Xəzər Lənkəran” “Neftçi” (Bakı) “Bakı”
2007/08 “İnter” (Bakı) “Olimpik” (Bakı) “Neftçi” (Bakı)
2008/09 “Bakı” “İnter” (Bakı) “Simurq” (Zaqatala)
2009/10 “İnter” (Bakı) “Bakı” “Qarabağ” (Ağdam)
2010/11 “Neftçi” (Bakı) “Xəzər Lənkəran” “Qarabağ” (Ağdam)
2011/12 “Neftçi” (Bakı) “Xəzər Lənkəran” “İnter” (Bakı)
2012/13 “Neftçi” (Bakı) “Qarabağ” (Ağdam) “İnter” (Bakı)
2013/14 “Qarabağ” (Ağdam) “İnter” (Bakı) “Qəbələ”
2014/15 “Qarabağ” (Ağdam) “İnter” (Bakı) “Qəbələ”
2015/16 “Qarabağ” (Ağdam) “Zirə” (Bakı) “Qəbələ”
2016/17 “Qarabağ” (Ağdam) “Qəbələ” “İnter” (Bakı)
2017/18 “Qarabağ” (Ağdam) “Qəbələ” “Neftçi” (Bakı)
2018/19 “Qarabağ” (Ağdam) “Neftçi” (Bakı) “Səbail” (Bakı)
2019/20 “Qarabağ” (Ağdam) “Neftçi” (Bakı) “Keşlə” (Bakı)
2020/21 “Neftçi” (Bakı) “Qarabağ” (Ağdam) “Sumqayıt”
2021/22 “Qarabağ” (Ağdam) “Neftçi” (Bakı) “Zirə” (Bakı)
2022/23 “Qarabağ” (Ağdam) “Sabah” (Bakı) “Neftçi” (Bakı)