Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunları keçirilir.
Tribunainfo.az xəbər verir ki, sonuncu qarşılaşma “Səbail”lə “Qarabağ” arasında baş tutub.
Ağdam təmsilçisi səfərdə tək qolla qalib gəlib.
Xatırladaq ki, ilk oyun günündə keçirilmiş “Kəpəz” – “Neftçi” matçında qonaqlar 2:0 hesablı qələbəyə seviniblər. “Sabah” – “Sumqayıt” matçı isə qolsuz yekunlaşıb – 0:0. Bu gün də “Araz-Naxçıvan” “Zirə”ni 1:0 hesabıyla məğlub edib.
Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
6 fevral
“Səbail” – “Qarabağ” 0:1
Qol: Yassin Benzya, 35.
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
“ASCO Arena”, 18:30.