“Qarabağ” – “Qalatasaray” oyununa 2 saata 25 min bilet satıldıbackend

“Qarabağ” – “Qalatasaray” oyununa 2 saata 25 min bilet satıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” – “Qalatasaray” oyununa bilet satışı davam edir.

Tribunainfo.az xəbər verir ki, “Qarabağ” FK və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək qardaşlıq görüşünün biletləri bu gün saat 11:00-da satışa çıxarılıb.

2 saat ərzində 25 min bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Iticket.az-ın satış məntəqələri;

“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.

Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.

Qeyd edək ki, qardaşlıq oyunundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.