“Qarabağ” Polşadan məğlub qayıdır

“Qarabağ” Polşadan məğlub qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Tribunainfo.az xəbər verir ki, Azərbaycan çempionu Polşa təmsilçisi “Rakuv”la qarşılaşıb.

İlk mərhələdə Cəbəllüttariq çempionu “Linkoln”u hər iki görüşdə üstələyən (2:1, 4:0) ağdamlılar “Rakuv”la birinci matçını Çenstoxovadakı “Mieyski” stadionunda keçiriblər. İsveçrəli baş hakim Lukas Fandrixin idarə etdiyi və beş qolun qeydə alındığı görüşdə meydan sahibləri qələbə qazanıblar.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
26 iyul

“Rakuv” – “Qarabağ” 3:2
Qollar: Elvin Cəfərquliyev, 55-öz qapısına. Fabian Pyasetski, 71. Sonni Kittel, 90+1 – Redon Cica, 73; 75.
Baş hakim: Lukas Fandrix (İsveçrə)
Çenstoxova, “Mieyski” stadionu.