Çempionlar Liqasının ikinci turunda Danimarkanın “Kopenhagen” klubunu doğma meydanda 2-0 hesabı ilə üstələyən “Qarabağ” klubu oyunçularına əlavə mükafat verib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Apasport” məlumat yayıb.
Məlumata görə, “Qarabağ” klubu qələbəyə görə startda çıxan hər oyunçuya 70 min manat mükafat verib.
Oyuna sonradan qoşulanlar bu məbləğin 75 faizini, ehtiyatda qalanlar isə 50 faizini alıblar