«Qarabağ» yeni mərkəz müdafiəçisi axtarışlarını dayandırıb.
Ağdam klubu bu mövqeyə gözdən keçirdiyi 3-4 namizədlə danışıqlara son verib.
Buna səbəb Kevin Medinanın qərarıdır. Belə ki, kolumbiyalı «Çaykur Rizespor»a yollanmaqdan fikrindən vaz keçib və burada qalıb.
Cənubi amerikalı «Tank»ın mövqeyini nəzərə alan «köhlən atlılar» onunla əməkdaşlığın müddətini uzatmaqda maraqlıdır.
Azərbaycan çepmpionu hazırkı sözləşməsi gələn ilin yayında bitəcək 30 yaşlı arxa xətt oyunçusu ilə müqavilənin müddətini daha 3 il uzatmaq niyyətindədir.