Qarabağ münaqişəsi təcili həll edilməlidir – Səfir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın mülki şəxslərinin həlak olması göstərir ki, Dağlıq Qarabağ münaqişəsini təcili olaraq həll etmək lazımdır. 

Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın mülki şəxslərinin həlak olması göstərir ki, Dağlıq Qarabağ münaqişəsini təcili olaraq həll etmək lazımdır.

Bunu Trend-ə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

Diplomat qeyd edib: “Təmas xəttindəki son hadisə göstərdi ki, bu münaqişə tez bir zamanda dinc yolla həll edilməlidir”.

Onun sözlərinə görə, Meksika beynəlxalq hüquqa, o cümlədən ərazi bütövlüyü prinsipinə ehtiram göstərdiyini dəfələrlə bəyan edib:

“Əlbəttə ki, biz vəziyyətin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində sülh yolu ilə həllinə çağırırıq”.